Məşhur serial qayıdır

13 seriyadan ibarət olacaq yeni serialın büdcəsinin xeyli yüksək olduğu bildirilir.
Əslində serialın bir qədər tez hazır olması da mümkün idi, amma Cek Bauer rolunun ifaçısı Kifer Sazerlend Fox TV-nin digər layihəsi olan “Təmas” adlı serialda çəkildiyindən, layihə yubanıb. İndi `Fox` TV `Təmas`ı bağlamaq və `24`-ü yenidən qaytarmaq qərarına gəlib.
Qeyd edək ki, “24”-ün əsas ssenari ideyası siyasətlə kəşfiyyat xəttlərinin kəsişməsi üzərində qurulub və serial kəskin süjetli triller janrındadır.
AzVision.az