5 yaşlı ana, meyidi sevən həkim… - Qəribə insanlar + FOTOLAR

5 yaşlı ana, meyidi sevən həkim… - Qəribə insanlar + FOTOLAR
  13 Avqust 2015    Oxunub:11851
İnsanlar üçün sıradan imiş görünən doğum və ölüm əslində zənn edildiyi qədər adi bir hal deyil. Üzərinə fəlsəfənin, tibbin, psixologiyanın, sənətin baş sındırdığı insan həyatı müəmmasını heç kimsəyə tam olaraq açmış deyil. Tarixdə elə doğumlar, elə ölümlər və elə yaşamlar var ki, onları oxuyanda insan öz həyatına şükür eləməli olur.

Örnəkləndirmək üçün, yaşamış ən əcaib insanların başlarından keçmiş ən anormal olayları təqdim edirik.

Nəhəng liliput

Bu hadisə əsl filmlərə mövzu olacaq növdəndir. Avstryalı Rainer doğuşdan etibarən liliput olaraq qəbul edilir. 1917-ci ildə hərbi xidmət üçün müraciət etdiyində də boyu səbəbilə əsgərlikdən azad edilir. Çünki onun boyu vur-tut 138 sm. idi.



Gənc adamın eyni zamanda eşitmə və görmə əksikliyi də vardı. Zamanla bir qulağı karlaşır, bir gözü isə tutulur. Rainerin bədənində baş verən sürətli dəyişikliklər görənləri heyrətə salır.

Yeniyetməlik çağında 138 sm. olan boyu, 1931-ci ildə 216 sm, 1950-ci ildə həyata gözlərini yumduqda isə 238 sm. olur.

Liliput olaraq doğulan oğlanın sonradan böyümə hormonu vəzində aşkarlanan xərçəng səbəbilə `akromegali`, yəni `nəhənglik` xəstəliyinə tutulduğu bildirilir.

Eyni bədəndə həm liliputu, həm `Gulliver`i yaşadan Rainerin həyatı saysız-hesabsız məqalələrə mövzu olub.

5 yaşlı ana

Peruda yaşayan bəxtsiz Lena, 1939-cu ildə qarnındakı şişlik və ağrılardan dolayı xəstəxanaya aparılır. Müayinə zamanı qızın hamilə olduğu təsbit edilir. Şübhəli şəxs qismində qızın atası həbs edilsə də, dəlil yetərsizliyindən sərbəst buraxılır.



Lina, yaşadığı travma ilə səssizliyə bürünür. Körpəsini 2.7 kq olaraq dünyaya gətirən 5 yaşlı balaca qız, oğluna həkimi Gonzalonun adını qoyur. Gonzalo anasını böyük bacısı olaraq tanıyır, böyüyür.

Lina Medina, sonrakı illərdə yenidən hamilə qalır. İki uşağı arasındakı yaş fərqi isə nə az, nə çoz 33 yaş idi.

Medina bu gün 81 yaşında həyatına davam edir.

İldırımın sevdiyi adam

Amerikada milli parkda meşəbəyi olaraq çalışan Sallivan 1983-ci ildə 71 yaşındaykən öz silahından çıxan güllə ilə dünyasını dəyişir. İntihar səbəbinin eşq acısı olduğu təxmin edilir. Hekayənin maraql tərəfi isə bu deyil.



Sallivanı 1942, 1969, 1970, 1972, 1973, 1976 və 1977-ci illərdə ildırım vurur. Bu olayın qeyri-adiliyi isə bir insanı ildırım vurma ehtimalının 600 mində bir olmasıdır. Buna görə Sallivanın tutdura bildiyi statiska 22.000.000.000.000.000.000.000.000’da 1’dir.

Sallivan, Guinness`ə görə dünyada ən çox ildırım vuran insandır.
İldırımın bacarmadığı insanın canını qarşılıqsız eşq alır...

`Zəhərli qadın`

İki övlad sahibi Gloria Ramirez haqqında bilinən ən dəqiq məlumat qadının uşaqlıq boynu xərçəngi olduğudur. Geri qalan müəmmalar isə bu gün belə çözülmüş deyil.
Hətta Türkiyədə nüfuzlu həkimlərdən olan Sevil Atasoy belə bu olayın baş verdiyi xəstəxananı ziyarət etmiş, amma Gloria Ramirezə `toxic lady` (zəhərli qadın) ləqəbinin verilməsinə səbəb olan olayın nə olduğunu öyrənə bilməmişdi.



1994-cü ildə 31 yaşındakı Ramirez xərçənglə bağlı ağrılardan şikayətlə Riversidə General Xəstəxanasına gedir. Tibb bacılarından biri Ramirezin qolundan qan alarkən, qanın balona dolmağa başlaması ilə ammonyaka bənzər bir qoxu otağı bürüyür və tibb bacısının ürəyi gedir. Otağa daxil olan digər tibb bacıları və həkimlər də ardı-ardına bayılırlar. Təhlükənin səviyyəsi böyüyüncə təcili yardımdakı hər kəs avtopark sahəsinə çıxarılır.

Bir müddət sonra Ramirez böyrək çatışmazlığından ölür. Ölümündən bir neçə dəqiqə öncə isə tibb tarixində daha öncə rastlanmamış bir olay yaşanır. Qadının bədənindən yaşıl rəngli bir maye axmağa başlamışdı...

Ramirezə tibbi müdaxilə göstərmək istəyən hər kəs bayılmış, ona birbaşa təmas edənlər isə uzun müddət yataq xəstəsi olmuş, hətta iş görməz hala gələrək peşələrini tərk etmək məcburiyyətində qalmışdılar.

`Zəhərli qadın`ın bədəni hava keçirməz iki sellofana bükülərək tabuta qoyulur. Bütün incələmələrə rəğmən, qadının vücudunda ammonyak, hidrogen kimi maddələr tapılmır.

Aydınlığa qovuşmayan olayın ardından başlayan sui-qəsd nəzəriyyələrində işə CİA belə qarışır. Bilinməyən gizli-qapalı təcrübələrdən bəhs edilsə də, üzərindəki sirr pərdəsi qalxmayan hadisə `The X-Files` və `Grey`s Anatomy` kimi seriallara mövzu olub.

Meyidi sevən həkim

Bir alman həkimi olan Tanzler, Amerikaya köçdüyü zaman 50 yaşlarındaydı. Floridada bir xəstəxanada işləməyə başlayan həkim, burada həyatını dəyişən hadisə ilə qarşılaşır.

1930-cu ildə Elena Hoyos adlı 22 yaşlı Kubalı qız, dönəmin ən ölümcül xəstəliyi olan vərəm diaqnozu ilə Tanzlerin çalışdığı xəstəxanaya yatır. Alman həkim qızı gördüyü andan etibarən ona dəlicəsinə vurulur. Ancaq göstərdiyi bütün səylərə rəğmən, qızı ölümün əlindən ala bilmir.



Hekayənin bundan sonrası bir az Frankenştein tipini xatırladır. Həkim qızın bədənini dəfn etmək üçün sıradan bir məzar deyil, abidə düzəltdirmək üçün ailəsindən izn alır. Sonra isə abidə məzarında dəfn olunan cəsədi çıxarıb, başqa yerdə gizlədir və çürüməməsi üçün müdaxilə edir. Beləcə hər gün gizli məkana gedib, `sevgilisini` görür.

Mərəzli eşqlə qıza bağlanan həkim, bununla da kifayətlənmir. Gənc qızın cansız bədənini evinə aparır və tam 7 il boyunca onunla birlikdə yaşayır. Cəsədin yerindən sürüşən sümüklərini simlər ilə bir-birinə sabitləyib, düşən gözlərinin yerinə şüşə gözlər taxır. Vücudunda çürüyüb düşən hissələri şamla örtür. Meyitdən yayılan üfunət qoxusunu basdırmaq üçün isə müxtəlif ətirlərdən istifadə edir.

Elenanın bacısı vəziyyətin fərqinə vardığı zaman, Carl Tanzler nekrofiliyadan həbsə atılır. Azadlığa çıxdıqdan sonra isə etdiyi ilk şey aşiq olduğu Elena Hoyosun kuklasını düzəltmək olur...

Meymun-qadın

Hypertrichosis deyilən genetik pozuqluq daşıyıcı olan bu qadının vücudu həddindən artıq uzun, qara tüklərlər örtülüdür. Qulaqları və burnu xeyli böyük, dişləri isə nizamsız quruluşdadır.

1834-cü ildə Meksikada doğulan Julianın həyatı, onun özəlliklərindən faydalanmaq istəyən Theodore Lent adlı adamla tanışması ilə dəyişir. Lent əvvəlcə qadınla evlənir, sonra isə onu `freak show`lara satmağa başlayır. O dönəmin sirklərində bu tərz əcaib şoular xeyli populyar imiş.



Lent, yazıq qadını Avropa və Amerikada “dünyanın ən çirkin qadını” olaraq məşhurlaşdırır.
Ancaq Julia Pastrana görüntüsünün əleyhinə xeyli gözəl bir səsə və mahnı oxumaq qabiliyyətinə malik idi. Eyni zamanda gözəl rəqs edə bilən qadın, 25 yaşında Lentdən hamilə qalır.

Anasının eynisi olaraq doğulan uşaq, doğumdan bir az sonra ölür. Julia özü də körpəsindən 5 gün sonra dünyasını dəyişir.

Həris ər isə `biznesinə` davam etməkdədir. Arvadının və uşağının ölü bədənini mumyalayaraq Avropada nümayiş etdirir. İllər boyunca fərqli insanların əlinə keçən cansız bədənlər, nəhayət 2013-cü ildə Meksika əyaləti olan Sinaloada torpağa verilir.

Aysel Əliyeva
AzVision.az


Teqlər:  





Xəbər lenti