Ədliyyə orqanlarına iş üçün imtahan keçirilib

Ədliyyə orqanlarına iş üçün imtahan keçirilib
  09 İyun 2013    Oxunub:1307
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 415 namizədin iştirakı ilə növbəti test imtahanı keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, imtahan prosesi internetdə "on-line" rejimində birbaşa yayımlanıb.

İmtahan 100 sualdan ibarət testlə aparılıb. Yekun nəticələrə görə, 95 namizəd müvəffəqiyyət qazanıb.

Müsabiqədə iştirak edənlərə kömək məqsədilə onlar üçün Ədliyyə Akademiyasında hazırlıq kursu təşkil olunub.

Test imtahanından keçmiş namizədlər söhbət mərhələsində iştirak etmək üçün 15 iş günü ərzində, saat 09.00-18.00 arasında sənədlərini Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinə təqdim etməlidirlər. Sənədlərin siyahısı nazirliyin internet səhifəsində yerləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti