“İmamzadə”də təmir davam edir
İş icraçısı Asəm Qasımovun bildirdiyinə görə, hazırda əsas işçi qüvvəsi kompleksin ziyarətgah hissəsinə cəlb olunub, digər hissələrində isə son tamamlanma işləri aparılır. “İşlərimiz tam qüvvə ilə gedir. Məscid hissəsini demək olar ki, qurtarmışıq, xırda işlərimiz qalıb. İnzibati binanın içəri hissəsində kosmetik işlərimiz qalıb, bir də fasad hissəsində işlər gedir. Əsas qüvvəni vermişik ziyarətgahın özünə, işçi qüvvəmizi ora cəmləmişik ki, tez müddətdə bu işləri tamamlayaq”.
Kompleksin Şahzadə İbrahimin qəbri yerləşən hissəsi qapalı şəraitdə qorunacaq. Onun yaxınığında 28 metr hündürlüyü olacaq 32 metrlik iki minarəyə malik ziyarətgah hissəsi də tikilir. 2 qəzalı vəziyyətdə olan tikili sökülüb, abidədə restavrasiya işləri aparılır. Ziyarətgahın üst hissəsində yerləşəcək böyük günbəzin tikintisi və kompleksin həyətində nəzərdə tutulan iki hovuzun inşası üçün də iş aparılır.
Xatırladaq ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisinə aid olan “İmamzadə” dini kompleksinin bərpası işlərinin yekunu məqsədilə Prezidentin ehtiyat fondundan şəhər İcra Hakimiyyətinə 4 milyon manat əlavə vəsait ayrılıb.
Elturan İbrahimli
Gəncə
Teqlər: