`Adəm qayınanası olmayan ilk xoşbəxt adam idi`- Yəhudi deyimləri

`Adəm qayınanası olmayan ilk xoşbəxt adam idi`- Yəhudi deyimləri
  15 İyul 2015    Oxunub:5034
Belə bir deyim var ki, yəhudiləri Allah digər millətlərdən bir az fərqli, daha ağıllı yaradıb.
Əbəs yerə deyil ki, onların açıqgözlü, fərasətli olmasına dair bir çox əfsanələr quraşdırılıb.

Yəhudilərin ibrətamiz atalar sözləri və “Musanın uşaqları”ndan olan ifadələri, deyimləri bu dünyanın hikmətini daha yaxşı başa düşməyə kömək edir.

AzVision.az bu xalqa məxsus 35 atalar sözünü təqdim edir:

1. Pulun olması onun yoxluğu qədər pisdir.

2.Adəm – qayınanası olmayan ilk xoşbəxt adam idi.

3.Əgər problemi pul ilə həll etmək mümkündürsə, deməli, bu heç problem deyil. Sadəcə xərcdir.

4. Allah insana iki qulaq və bir ağız verib. Ona görə ki, çox eşitsin, az danışsın.

5. Allah səni axmaq qadınlardan qorusun, yaxşılarından isə özün qorun.

6. Hər bir yəhudi ən yaxşısını bilir.

7.Allah eyni anda hər yerdə ola bilmir. Ona görə də o anaları yaratdı.

8. Çox şirin olma səni yeyəcəklər. Çox acı da olma ki, səni tüpürəcəklər.

9. Keçidən önünü, atdan arxanı, dəlidən hər tərəfini qoru.

10 Balıq və qonaq 3 gün sonra iy verər.

11. Bilik çox yer tutmur .

12. Yaxşısı budur yəhudi saqqalsız olsun, nəyin ki, saqqal yəhudisiz.

13.İnsan heç olmasa maraq naminə yaşamalıdır.

14. Kar lalın necə danışdığını eşidər, kor isə topalın necə cəld qaçdığını görər.

15. Allah ən azı kasıbları bahalı günahlardan qoruyur.

16. Əgər xeyriyyəçilik dəyərsiz olsaydı, hamı xeyriyyəçi olardı.

17. Yaşlı qız ərə gedəndən sonra, dərhal gənc bir həyat yoldaşına çevrilir.

18. Valideyinlər uşaqlara danışmağı, uşaqlar isə valideyinlərə susmağı öyrədir.

19. Uzaqdan baxanda insanlar pis deyillər.

20. Yumurta ola bilər toyuqdan ağıllıdır, ancaq onlar tez çürüyürlər.

21.Kişilər daha çox iş edə bilərdilər, O halda ki,qadınlar az danışsaydılar.

22.Pis arvad yağışdan daha pisdir- yağış evə tərəf qovur, pis arvad isə evdən qovur.

23. Dünya ona görə yox olmur ki, orada çoxlu insan var. Dünya ona görə yox olur ki, onda çoxlu qeyri-insan var.

24. Allahım! Mənə ayağa qalxmağa kömək elə, yıxılmağa özüm də yıxılaram.

25. Əgər həyat yaxşılığa doğru dəyişmirsə, gözlə, o pisliyə doğru dəyişəcək.

26. Sevgi nə qədər şirin olur olsun, onda kompot hazırlaya bilməzsən.

27. Görməyə bir iş tapmıyanda, böyük işlərdən yapışırlar.

28. İki pislik arasında seçim olarsa, pessimist hər ikisni seçər.

29.Hər kəs pulun yoxluğundan şikayətlənir. Ağlın yoxluğundan isə heç kim şikayətlənmir.

30. Uşağı olmayan insanlar yaxşı tərbiyə verməyi bacarır

31. Gülməkdən ölmək qorxudan ölməkdən yaxşıdır.

32- Təcrübə- insanların öz səhvlərinə verdikləri addır.

34. Ağ saç qocalmağın işarəsidir. Müdrikliyin yox.

35.İnsan qocaldıqca pis və çox görür.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti