BBC-nin əməkdaşları Azərbaycanda

BBC-nin əməkdaşları Azərbaycanda
  06 İyun 2013    Oxunub:1139
Britaniyanın BBC-3 radiosunun əməkdaşları Azərbaycana gəlib
Britaniyanın “World reuters” proqramı növbəti dəfə Azərbaycan muğamından danışacaq. Proqramın yaradıcı heyəti muğamın dünya musiqisinə inteqrasiyası, onun digər janrlarla sintezindən söhbət açılacaq.

Bakı Caz Mərkəzində olan BBC-3 radiosunun əməkdaşları Fikrət Əmirovun “Kor ərəbin mahnı”sını caz işləmədə Cəmil Əmirov və Savab qrupunun, daha bir caz-folk kompozisiyasını isə Salman Qəmbərovun ifasında lentə alıblar. Proqrama Brilliant Dadaşovanın Vokalizi də daxil edilib.

Dinləyiciləri dünya xalqlarının milli musiqi mədəniyyəti ilə yaxından tanış edən “World reuters” proqramında həm də maraqlı eksperimentlər həyata keçirilir. Belə ki, hər hansı xalqın musiqisini öyrənməkdə onun İngiltərədə doğulan və orada böyüyən nümayəndəsi vasitəçi seçilir. Bir neçə müddət öz milli musiqisi ilə ünsiyyətdə olan həmin gənc daha sonra ifaçılıq qabiliyyətini də göstərir. Bu dəfəki layihənin əsas iştirakçıları azərbaycanlı xanəndə Qoçaq Əsgərov və uşaq yaşından İngiltərədə yaşayan Fidan Hacıyevadır.

Layihənin iştirakçıları bundan əvvəl ustad xanəndələrin dərslərində olublar. Layihə avqustun 22-də Londonun məhşur Royal Albert Hall salonunda Qoçaq Əsgərov və Fidan Hacıyevanın çıxışı ilə yekunlaşacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti