Ülya mistikası - QALEREYA

Ülya mistikası - QALEREYA
  05 İyun 2013    Oxunub:4108
AzVision.az Qalereya layihəsini davam etdirir. Bu rubrikada biz sizi müasirlərimiz olan Azərbaycan rəssam və fotoqraflarının əsərləri ilə tanış edəcəyik. Növbəti qonağımız gənc fotoqraf-rəssam Ülya Xəlilovadır.
Ülya Xəlilova 1993-cü il martın 5-də Bakı şəhərində anadan olub. Rəsmə uşaqlıqdan maraq və həvəs göstərən Ülya artıq 5 yaşından fırça ilə tanış olub və illər keçdikcə bu maraq artıq peşəyə çevrilib. Bakı Oxford məktəbinin məzunu, Rəssamlıq Akademiyası “İnteryer dizayn” fakültəsinin ikinci kurs tələbəsidir.

2003, 2005, 2009 və 2012-ci illərdə olmaqla bu günə qədər 4 fərdi sərgisi keçirilib. 2012-ci ildə baş tutan “Light” sərgisində keçirilən müsabiqənin qalibi də məhz Ülya Xəlilova olub.

Ən çox “High Fashion Photography” ,“Nude” istiqamətində və xüsusən də insan fotolar çəkməyi sevən Ülya özünü gələcəkdə uğurlu və tanınmış interyer dizayner və footqraf kimi realizə etmək və tanınmaq istəyir.

Qalereya




Teqlər:  





Xəbər lenti