Qalmaqallı aparıcı “Space”dən qovuldu

Qalmaqallı aparıcı “Space”dən qovuldu
  05 İyul 2015    Oxunub:4040
“Space” kanalında yayımlanan “Əsl şou” verilişinin aparıcısı, müğənni Səidə Sultan efirdən uzaqlaşdırılıb.
AzVision.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, dünən efirdə səslənən qeyri-etik sözlərə görə kanal rəhbərliyi tərəfindən “Space”dən qovulub. “Əsl şou”nun aparıcılığı isə başqa şəxsə həvalə olunub.

Artıq “Əsl şou”nun yeni aparıcısının adı da məlumdur. O, jurnalist Tahirə Məmmədqızıdır.

Tahirə Məmmədqızı bununla bağlı məlumatı “Qafqazinfo”ya təsdiqləyib. Və hazırda yeni heyətin yığılması ilə məşğul olduğunu bildirib. Veriliş yeni formatda artıq həftənin birinci günündən efirdə olacaq.

Qeyd edək ki, dünən efirə gedən buraxılışda Səidə Sultan qonağı olan müğənni Rəhim Rəhimlinin Niyam haqqında dediklərinə “Adə, uşağımın xətrinə dəymə, cıraram səni” cavabı ilə reaksiya verib.

Bundan öncə isə “Space”in efirindəki “Günaydın” verilişində müğənni Mətanət Əsədova və yazar Əziz Musaoğlu arasında qalmaqal yaşanmışdı.

Sözügedən qeyri-etik məsələlərə Milli Televiziya və Radio Şurası da biganə qalmayıb. Şura rəsmisi Toğrul Məmmədovun sözlərinə görə, kanalın hətta 1 aylıq efir vaxtının dayandırılacağı, “Space” barəsində daha ciddi tədbirlərin görüləcəyi də gündəmdədir.




Teqlər:  





Xəbər lenti