Deputatlar xalq artistinə baş çəkiblər
“ilk vaxtlarda vəziyyəti pis idi. Indi yaxşıdır. Hələ bundan sonra 10 gün də xəstəxanada qalacaq. Müalicə xərclərini xəstəxana öz üzərinə götürüb. Mənim heç bir xərcim çıxmır”
“Xalq artistinin səhhəti ilə kimlərin maraqlanmasına gəlincə, Çingiz Aslan: “Maraqlananlar çoxdur. Aktyorlar da zəng edir. Bu yaxınlarda millət vəkilləri Çingiz Qənizadə və Aydın Mirzəzadə atamın yanına gəlmişdilər” -deyə bildirib.
Qeyd edək ki, Xalq artisti Siyavuş Aslan hazırda Kliniki Tibbi Mərkəzdə müalicə olunur. Aktyor 2 dəfə insult keçirib.
Nihadə Eyyubova