“Azərsu” yenə üzr istədi

“Azərsu” yenə üzr istədi
  03 İyun 2013    Oxunub:1193
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ilə əlaqədar Kür su kəmərləri sisteminin Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində magistral xətlərdən birinin yeri dəyişdirilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bununla əlaqədar 04 iyun 2013-cü il tarixdə saat 00:00-dan başlayaraq Hacıqabul rayonunun və Bakı şəhəri Qaradağ rayonunun bəzi yerlərinə içməli suyun verilməsi 30 saat müddətinə dayandırılacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.



Teqlər:





Xəbər lenti