Naxçıvanda yeni məscid
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə muxtar respublikada dini-mənəvi dəyərlərin yaşadılmasına göstərdiyi diqqətə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni məscidin istifadəyə verilməsini muxtar respublikamızın ictimai və mənəvi həyatında mühüm hadisə kimi dəyərləndirib. “Naxçıvan müqəddəs torpaqdır. Burada çoxsaylı dini-tarixi abidələr, ziyarətgahlar var. Son illər muxtar respublikamızdakı dini abidələrin bərpasına, yenidən qurulmasına hərtərəfli diqqət yetirilir. Bu işdə muxtar respublika sakinləri də yaxından iştirak edir. Artıq muxtar respublikada 207 məscid vardır. Bu məscidlərin 170-ə yaxını son 17 ildə tikilərək və ya bərpa olunaraq dindarların istifadəsinə verilib”,- deyə Talıbov bildirib.
Sahəsi 306 kvadratmetr olan 1 minarəli məscid salon, axund otağı və kitabxanadan ibarətdir. Milli memarlıq üslubunda qurulan salonda eyni vaxtda 300-ə yaxın insan ibadət edə bilər. Binada müasir işıqlandırma sistemi quraşdırılıb, qadınlar üçün ayrıca ibadət yeri ayrılıb, mehrab qurulub. İki girişi olan məscid binasının günbəzi naxış və ornamentlərlə bəzədilib.
Səməd Canbaxşıyev
Naxçıvan
Teqlər: