Sabahın havası

Sabahın havası
  02 İyun 2013    Oxunub:1253
Həftənin ilk iş günündə havanın yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Temperatur gecə 15-20°, gündüz 24-29°, Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 752 millimetr civə sütunu, nisbi rütubət 65-70 faiz təşkil edəcək.
Azərbaycanın bölgələrində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-26° isti olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti