Suriyadan qaçan həmyerlilərimiz Moskvadadır
Suriyanı tərk edən 128 nəfərdən 80-nin Rusiya , qalanlarının Ukrayna, Moldova, Belarus,Tacikistan və Azərbaycan vətəndaşları olduğu bildirilir.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Suriyanı tərk edənlər arasında 70 uşaq var.
Artıq bir ildən çoxdur ki, Suriya sakinləri vətəndaş müharibəsinə görə əziyyət çəkirlər. Onların əksəriyyəti müharibənin çətinliklərindən yaxa qurtarmaq üçün xarici ölkələrə üz tuturlar. Qeyd edək ki, 2011-ci ilin Martından bu yana 80 mindən çox suriyalı Bəşər Əsəd tərəfdarları ilə müxalifət arasında davan edən silahlı qarşıdurmaların qurbanı olub.
Səbinə Həsənova
AzVision.az