Yol qəzasında bir ölü, üç yaralı

Yol qəzasında  bir ölü, üç yaralı
  29 May 2013    Oxunub:1213
Dünən saat 12.00 radələrində Zərdabda baş vermiş yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.

Bu barədə AzVision.az-a Zərdab Rayon Prokurorluğundan bildirilib.
Belə ki, 25 yaşlı rayon sakini Musayev Elçin Isa oğlu etibarnamə əsasmda idarə etdiyi "Mersedes" markalı maşınla Mollakənd istiqamətində hərəkətdə olarkən həmin avtomaşın əks istiqamətdə hərəkətdə olan, Yevlax rayon sakini Məmmədov Araz Eldar oğlunun idarə etdiyi "Kamaz-5410" markalı maşınla toqquşub.

Nəticədə birinci avtomaşmın sərnişini İsbəndiyarlı Roman Vaqif oğlu ölüb, hər iki sürücü, eləcə də "Kamaz"-5410" markalı avtomaşında olan sərnişin İsmayılov Qənimət Rəsul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Rayon prokurluğunun nümayəndələrinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, digər zəruri hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti