Bu günün havası

Bu günün havası
  29 May 2013    Oxunub:1504
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 12-17°, gündüz 21-26°, Bakıda gecə 14-16°, gündüz 22-24° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 10-15°, gündüz 21-25° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperatur gecə 5-10° isti, gündüz 14-19° isti olacaqdır.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 8-13° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti