Azərbaycan UEFA reytinqində 32-ci oldu

  26 May 2013    Oxunub : 486
Azərbaycan UEFA reytinqində 32-ci oldu
Avrokubokların son mövsümünün yekun nəticələrinə əsasən reytinq siyahısı açıqlanıb
UEFA Avrokubokların son mövsümünün yekun nəticələrinə əsasən reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan bu siyahıda yerində sayıb.

Belə ki, hazırda ölkəmiz UEFA reytinqində 53 ölkə arasında 32-ci pillədə qərarlaşıb. Azərbaycanın hesabında 8.541 reytinq xalı var ki, onun da 3.000 xalı son mövsümdə qazanılıb. Bundan 1,625 xal “Neftçi”nin, 0,750 xal “İnter”in, 0,500 xal “Xəzər Lənkəran”ın, qalanı isə “Bakı”nın (0,125) payına düşür.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0,250 reytinq xalı qazandırırdı, heç-heçə isə sadəcə 0,125 xal verirdi. Amma qrup mərhələsində heç-heçə 0,250, qələbə 0,500 xal verirdi.

Beləcə, Azərbaycan son mövsümdə avrokuboklardakı ən yaxşı göstəricisinə imza atmış oldu. Qeyd edək ki, 2010-11 mövsümündə 2,000 xal toplamış klublarımız bundan artığına nail ola bilməmişdilər. Amma ötən mövsüm “Neftçi”nin qrup mərhələsindəki uğurlu çıxışı Azərbaycanı reytinq siyahısında xeyli irəli saldı.

Teqlər: