Yol qəzaları ölümlə nəticələndi

Yol qəzaları ölümlə nəticələndi
  22 May 2013    Oxunub:1229
İki nəfər həyatını itirib, bir nəfər yaralanıb.
Neftçalada rayon sakinləri Səlim Səlimovun və Taleh Eynullayevin idarə etdikləri “VAZ-2107” markalı avtomaşın və “MT-10” markalı motosiklet toqquşub. Xəstəxanaya yerləşdirilmiş T.Eynullayevin həyatını xilas etmək mümkün olmayıb.

Kürdəmir rayon sakini Pünhan Məmmədov idarə etdiyi “KamAZ” markalı avtomaşınla Sabunçu rayonunun ərazisində paytaxt sakini Abdulla Feyzullayevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Ağcabədi rayonunda isə Aran kənd sakini Ramil Musayevin idarə etdiyi “VAZ-21154” markalı və Yeni Qaradolaq kənd sakini Namiq Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Xəsarət almış R.Musayev və avtomobilində olan sərnişinlər Yusif Nəcəfov, Fariz Musayev xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisələrlə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Teqlər:  





Xəbər lenti