“Prodakşnlar məhkəməyə veriləcək”

“Prodakşnlar məhkəməyə veriləcək”
  21 May 2013    Oxunub:1619
“Məhkəmə vasitəsilə həmin pulu onlardan almaq hüququmuz var”
AzVision.az xəbər verir ki, bu sözləri bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli fəaliyyət göstərən prodakşn rəhbərləri ilə görüş zamanı deyib.

MTRŞ sədri prodakşn rəhbərləri ilə görüş zamanı bildirib ki, əgər ayrılan vəsaitlər prodakşnlar tərəfindən lazımi yerə istifadə olunmasa, onları məhkəməyə verə bilərlər. “Dövlət tərəfindən prodakşnlara ayrılan vəsait lazımi yerlərə istifadə olunmazsa, həmin vəsait məhkəmə yolu ilə geri qaytarıla bilər. Həmin pulu onlardan almaq hüququmuz var”

Nuşirəvan Məhərrəmli bildirib ki, prodakşnlarla müqavilə hazırlanacaq. “Hüquqi cəhətdən müqavilədə şərtlər olacaq. Ayrılan vəsait təyinatı üzrə xərclənməsə, təbii ki, həmin vəsaitin geri alınması üçün məhkəməyə müraciət oluna bilər. Təbii ki, bizdə bunu yoxlayacayıq. Bundan əvvəl ayrılan vəsaitlərdə problem yaşanmayıb. Amma əvvəlki vaxtlarda da bu maddə var idi. MTRŞ kimlə müqavilə bağlayırsa, bu qanun ona həvalə olunur”.

Anar


Teqlər:  





Xəbər lenti