“Bəziləri seriallara öz dostlarını çəkir”

  21 May 2013    Oxunub : 471
“Bəziləri seriallara öz dostlarını çəkir”
“Belə davam edərsə, mədəniyyətimiz batacaq”
AzVision.az xəbər verir ki, bu sözləri məşhur rejisor və hazırda seriallarda çəkilən Kənan MM Milli Televiziya və Radio Şurasının prodakşnlarla görüş zamanı çıxışında deyib. O, bildirib ki, dövlətin pulu ilə necə gəldi davranmaq olmaz.

“Serialı kim gəldi çəkə bilməz. Bunu bacaranlar çəkməlidir. Bu sahəyə elə belə gəlməmişəm. Bu sahənin bilicisi kimi, istərdim bu sahədə bacarıqlı şəxsləri görüm Seriallarda razıyam ki, bayağılıq, şitlik var. Bunun səbəbi bəzilərini öz dostlarını seriala çəkməsidir. Buna görə də serialların keyfiyyəti bu cür alınır. Belə davam edərsə, mədəniyyətimiz batacaq”.

Anar

Teqlər: