Daha bir qəza: sürücü öldü, sərnişinləri yaralandı

Daha bir qəza: sürücü öldü, sərnişinləri yaralandı
  16 May 2013    Oxunub:1297
Bakı-Şamaxı yolunda "Kamaz" "Hunday" la toqquşub.
Baş Dövlət Yol Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, dünən saat 15.00 radələrində Bakı-Şamaxı yolunun 88,8-ci km-də 53 yaşlı Hacıqabul şəhər sakini Qasımov Vəli Şahmurad oğlunun idarə etdiyi "Kamaz" markalı yük avtomobili, 59 yaşlı Ismayıllı rayon sakini Məhyəddinov Nadir Şamxal oğlunun idarə etdiyi "Hunday" markalı maşınla toqquşub.

Nəticədə "Hunday" markalı avtomobilin sürücüsü N.Məhyəddinov hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər 63 yaşlı Məhərrəmova Zöhrə Xanlar qızı və 30 yaşlı Əliyev Bəhruz Fərhad oğlu xəsarətlər alıblar.


Teqlər:  





Xəbər lenti