Mikroavtobus kamazla toqquşub

  15 May 2013    Oxunub : 652
Mikroavtobus kamazla toqquşub
"HYUNDAI" markalı mikroavtobusun sürücüsü Azər Ağayev hadisə yerində vəfat edib, 2 nəfər sərnişin avtomobildə sıxılıb qalıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı-Şamaxı yolunun 89-cu kilometrliyində Qobustan rayonu ərazisində vətəndaşa məxsus "HYUNDAI" markalı mikroavtobusla "Kamaz" markalı yük avtomobili toqquşub. FHN-dən AzVision.az- verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olub. Məlum olub ki, "HYUNDAI" markalı mikroavtobusun sürücüsü Azər Ağayev hadisə yerində vəfat edib, 2 nəfər sərnişin avtomobildə sıxılıb qalıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən A.Ağayevin meyiti və 2 nəfər sərnişin müxtəlif alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Əməliyyat saat 15:52-də başa çatıb.

Teqlər: