Öldürüb hamamda basdırdı
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəsti Mirzəyevanın Xətai rayonundakı Ş.Səmədov küçəsində kirayədə yaşayan Göyçay rayon sakini Sübhan Məmmədov tərəfindən mələfə ilə boğulması, meyitinin isə həmin küçədəki tikintisi başa çatmamış evin hamam otağında torpağa basdırılması müəyyən edilib.
Bəsti Mirzəyevanın meyiti eksqumasiya edilib, S.Məmmədov isə tutulub.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.