AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Gülüstan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 430 kv.m olan birmərtəbəli “BƏY-HAMAMI” istirahət kompleksində yanğın olub. Yanğın kompleksin saunasının dəhlizinin tavanında baş verib. Kompleksin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.