Firəngiz Mütəllimova Siyavuş Aslanı tək qoymur

Firəngiz Mütəllimova Siyavuş Aslanı tək qoymur
  13 May 2013    Oxunub:2160
“Aktyor Siyavuş Aslan Prezident təqaüdu hesabına yaşayır. O təqaüdü almasa necə yaşaya bilər? Aldığı təqaüd hesabına dərmanlarını alırıq”.

Bu barədə AzVision.az-a açıqlamasında Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan məlumat verib.

O, bildirib ki, hazırda aktyor özünü çox yaxşı hiss edir: “Ev şəraitində müalicəsini davam etdirir. Nitqi və hərəkətinə heç bir problem yoxdur. Huşunu itirməsi söhbəti isə yalandır”

Kimlərin Xalq artistinə baş çəkmək məsələsinə gəldikdə, aktyorun oğlu qeyd edib ki, sənət adamlarından yalnız Firəngiz Mütəllimova tez-tez ona baş çəkir. “Ondan başqa bir-iki teatr dostları da var ki, onlar da atamın səhhəti ilə maraqlanırlar”.

Çingiz Aslan bildirib ki, vaxtilə aktyorun ən yaxın dostu və həmkarı olan Yaşar Nurinin ölümündən Xalq artisti xəbərsizdir: “Yaşar Nurinin ölümünü hələ də ona deməmişik. Yaşlı və xəstə adamdır. Yaşar Nuri isə onun ən yaxın dostu idi. Ona görə də heç nə deyə bilmirik”.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti