Elçinin “Qatil”i - VİDEO

"Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub.
Elçinin dramaturji yaradıcılığı heç də onun nəsr yaradıcılığından az əhəmiyyətli deyil. Elçin bəzi pyeslərinin başlıqlarında nəsr əsərlərinin adını səsləndirsə də, o dramın qanunauyğunluqlarına əməl etməklə, burada yeni effekt yaratmağa, tamaşaçını məşğul etməyə çalışır. Elə buradan da Elçinin dramaturji sisteminin qeyri-adiliyi, orijinallığı görünür. "Hökmdar və qızı", "Mənim sevimli dəlim”, “Şekspir”, “Teleskop”, “Ah, Paris, Paris”, “Mənim ərim dəlidir”, “Sənətkarın taleyi” və “Qatil” bunlardan sadəcə bir neçəsidir.
Müəllifin 2005-ci ildə qələmə aldığı “Qatil” müxtəlif ölkə teatrlarında səhnələşdirilsə də tamaşaçı sevgisini və rəğbətini Mehriban Ələkbərzadənin quruluşunda, Akademik Milli Dram Teatrının səhnəsində qazanıb. 2007-ci ildə səhnələşdirilən tamaşa ötən ilin oktyabrında yeni quruluş və yeni aktyor heyəti ilə Dram Teatrının səhnəsinə qayıdıb.