“Eurovision-2013”ün rəsmi açılışı FOTOLARDA

  13 May 2013    Oxunub : 580
“Eurovision-2013”ün rəsmi açılışı FOTOLARDA
Mayın 13-də İsveçdəki “Euroclub”da “Eurovision-2013” mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.

Mahnı müsabiqəsinin iştirakçıları əvvəlcə ənənəvi olaraq fanatların alqışları altında qırmızı xalı üzərindən keçərək zala daxil olublar.

Rəsmi açılışda “Eurovision” mahnı müsabiqəsinin təşkilat komitəsinin rəhbəri Yan Ola Sand müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Sonra 2012-ci ildə müsabiqənin qalibi olmuş Loreen 39 ölkə təmsilçisini İsveçdə salamlayıb və layiqli iştirakçının qalib olmasını diləyib.

Gecədə müsabiqə iştirakçıları, məşhur diceylər konsert proqramları ilə çıxış etmişlər. Müxtəlif ölkələrin təmsilçiləri öz repertuarlarından mahnılar səsləndiriblər.

Rəsmi açılış mərasimində nümayəndə heyətlərinin üzvləri, fanatlar və akkreditasiyadan keçmiş jurnalistlər iştirak ediblər.

Foto


Teqlər: