Yenə yağış yağacaq

Yenə yağış yağacaq
  12 May 2013    Oxunub:1369
Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mayın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 11-16, gündüz 20-25 dərəcə isti, bəzi yerlərdə 27 dərəcəyədək isti olacaq. Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın bölgələrində isə mayın 13-də gündüz hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxaçaq, qısamüddətli yağış yağacaq.
Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti