Bu gecə 3 yanğın

Bu gecə 3 yanğın
  12 May 2013    Oxunub:1507
Hər 3 yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu gecə Azərbaycanda bir ev və iki avtomobil yanıb. AzVision.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Mingəçevir şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti