Ən çox sevilən Yusif və Zəhra olub

Ən çox sevilən Yusif və Zəhra olub
  11 May 2013    Oxunub:1548
2013-cü ildən etibarən Azərbaycanda yeni doğulmuş körpələrə ən çox verilən adların siyahısı məlum olub.
Siyahıya görə, oğlan uşaqlarına ən çox Yusif adı qoyulub.

Belə ki, 836 oğlana Yusif adı verilib. Sonrakı yerlərdə Əli (573), Hüseyn (528), Ömər (443), Məhəmməd (403), Murad (372) və digər adlar gəlir.

Qız uşaqlarına qoyulan adlara gəldikdə, isə Zəhra adı birinci yerdədir.

Belə ki, yeni doğulmuş 776 qız uşağına Zəhra adı qoyulub. Sonrakı yerləri Nuray (670), Fatimə (596), Ayan (462), Aylin (417), Zeynəb (368), Xədicə (335) və digər adlar tutur.


Teqlər:  





Xəbər lenti