Kartofun içindən heroin çıxdı - FOTO

Kartofun içindən heroin çıxdı - FOTO
  10 May 2013    Oxunub:1581
Penitensiar xidmətin və 17 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 26 yaşlı , Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elxan Rauf oğlu Bəndəliyevə vətəndaş Namiq Müsannif oğlu Ələsgərovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı kartofun içərisində gizlədilmiş ümumi xalis çəkisi 3,927 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla əlaqədar araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti