Dələduzluqla məşğul olan 29 yaşlı şəxs tutulub

Dələduzluqla məşğul olan 29 yaşlı şəxs tutulub
  09 May 2013    Oxunub:1453
Bərdədə polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxta sənədlərlə avtomobil satan şəxs iş başında tutulub.
Kəlbəcər rayon sakini, 29 yaşlı Tural Misirov banklarda girov qoyulmuş nəqliyyat vasitələrinin qeydiyat şəhadətnaməsinin xüsusi qeydlər hissəsində girov müqaviləsinə əsasən özgələşmə qeydiyyatını qanunsuz yolla dəyişdirərək rəsmi sənədi saxtalaşdırıb.
AzVision.az xəbər verir ki, salamnews-un bölgə müxbirinin verdiyi məlumata görə, təqsirləndirilən şəxs 3 ədəd xarici markalı minik avtomobilini saxta sənəd düzəldərək Bərdə bazarında müxtəlif qiymətlərə satıb. Polis Tural Misirovun bu cür əməllərinin daha cox olmasını ehtimal etdiyindən vətəndaşlara müraciət edib.

Faktla bağlı Bərdə rayon poliş şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.


Teqlər:





Xəbər lenti