Gül Bayramının havası
Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Mayın 10-da hava şəraitinin Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.