4 gəncimiz bıçaqlanıb

 4 gəncimiz bıçaqlanıb
  09 May 2013    Oxunub:1267
Samuxda baş verən kütləvi davada 4 gənc bıçaqlanıb.
Samuxda gecə klublarının birində qanlı hadisə olub. Ötən gecə baş verən kütləvi dava nəticəsində 4 nəfər bıçaqlanıb. Xəsarət almış şəxslər, Goranboy rayon sakinləri - Sahil Abbasov, Məhərrəm Musayev və Ramil Musayev, eləcə də Naftalan sakini Elvin Muradov Gəncə şəhər Təcili Tibbi Yardım
Xəstəxanasına çatdırılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədənlərdən birinin kimliyi müəyyənləşdirilib və saxlanılıb. Həmin şəxs Gəncə sakini İlkin Hüseynovdur.

Cinayətin digər iştirakçılarının tutulub istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.(trend)


Teqlər:  





Xəbər lenti