Ara-sıra yağış yağacaq

Ara-sıra yağış yağacaq
  09 May 2013    Oxunub:1445
Mülayim şimal-şərq küləyi əsəcək.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti