İki yük maşını toqquşub, yaralananlar var

İki yük maşını toqquşub, yaralananlar var
  09 May 2013    Oxunub:1292
Yasamal rayonunda "SHACMAN" markalı iki yük avtomobili toqquşub
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinad edərək, xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda "SHACMAN" markalı iki yük avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "SHACMAN" markalı avtomobil deformasiyaya uğramış və sürücüsü xəsarət alıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:38-də başa çatıb.


Teqlər:





Xəbər lenti