Sərnişin avtobusu kranla toqquşub, 10 YARALI - YENİLƏNİB

Sərnişin avtobusu kranla toqquşub, 10 YARALI - YENİLƏNİB
  08 May 2013    Oxunub:1116
Bakının Xətai rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb.
Bir neçə dəqiqə öncə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında sərnişin avtobusu kranla toqquşub.

Xeyli xəsarət alanlar var. Hadisə yerinə təcili yardım maşınları gəlib. Qəzaya səbəb avtobusun sürətlə idarə edilməsi olub.
---
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, qəza nəticəsində 10-a yaxın sərnişin xəsarətlə xəstəxanaya yerləşdirilib.



Teqlər:  





Xəbər lenti