Xidmətdə olan polisi vurub qaçdılar

Xidmətdə olan polisi vurub qaçdılar
  08 May 2013    Oxunub:1478
Dövlət Yol Polis İdarəsinin inspektoru, polis baş serjantını maşınla vuraraq qaçıblar
Yasamal rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən Bakı şəhəri Parlament prospektindəki naməlum sürücü idarə etdiyi (Yevlax rayonu Xaldan kənd sakini, 1982-ci il təvəllüdlü Qəribli Elnur Vüluddin oğluna məxsus) «Kia Optima» markalı maşınla, xidmətdə olan, 1995-ci ildən Daxili İşlər Orqanlarında, Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin inspektoru, polis baş serjantı, 47 yaşlı Tağıyev Oruc Təvəkkül oğlunu vuraraq hadisə yerindən yayınıb.

Oruc Tağıyev aldığı xəsarətlə bağlı heç bir tibb müəssisəsinə müraciət etməyib.

Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti