Təmsilçimizin “Eurovision-2013” paytaxtında - FOTOLAR

  07 May 2013    Oxunub : 499
Təmsilçimizin “Eurovision-2013” paytaxtında - FOTOLAR
“Eurovision-2013” beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Fərid Məmmədov İsveçin Malme şəhərində olub.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, təmsilçimiz “Malme üçün uzun yol keçdim, lakin ən maraqlısı qarşıdadır” – Fərid Məmmədov İsveç aeroportunda bildirib.

F.Məmmədov müsabiqənin bir hissəsi kimi artıq İtaliya, Yunanıstan, Litva, Malta, Gürcüstan və Ukraynada olub. Hər səfər qismən oxşar olub – mətbuatla müsahibə, çıxışlar, televiziya şousu, yeni tanışlıq və macəra görüşləri unikal edib. Təmsilçimiz həmçinin keçmiş və yeni “Eurovision” iştirakçıları ilə də görüşüb.

Mayın 8-də F.Məmmədov ilk məşqini edəcək, mayın 11-də ilk mətbuat konfransı baş tutacaq. Təmsilçimiz mayın 16-da 4-cü çıxış edəcək.

AzVision.az

Foto


Teqlər: