Bakıda özbək özbəyi öldürdü

Bakıda özbək özbəyi öldürdü
  06 May 2013    Oxunub:1422
Mayın 5-də Nəsimi rayonu ərazisindəki Kliniki Tibbi Mərkəzin həyətinə döş qəfəsində bıçaq xəsarəti olan 20-25 yaşlı kişi meyiti atılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Hökməli qəsəbəsinin ərazisindəki kafedə Özbəkistan vətəndaşı Nizaməddin İsabayev tərəfindən münaqişə zəminində qətlə yetirilməsi müəyyən edilib.

N.İsabayev tutulub və izahatında qətlə yetirdiyi şəxsin Özbəkistan vətəndaşı Ənvər olmasını bildirib.


Teqlər:  





Xəbər lenti