66 yaşlı kişi intihar etdi

66 yaşlı kişi intihar etdi
  15 Noyabr 2014    Oxunub:1546
Lənkəranda güllələnmə hadisəsi baş verib.
Rayon hüquq mühafizə orqanlarından APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında şəhərin Həzi Aslanov Xiyabanı, 1 saylı binanın 32-ci mənzilində qeydə alınıb.

66 yaşlı Fəxrəddin Heydərovu yaxınları yaşadığı mənzildə qarın hissəsində güllə yarası xəsarəti ilə aşkarlayıb. Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumat görə, əməliyyat olunan Fəxrəddin Heydərovun vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, Fəxrəddin Heydərov özünə ov tüfəngi ilə atəş açıb. Ov tüfəngi hüquq mühafizə orqanları tərəfindən maddi sübut kimi götürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti