Tanışına qapı açdı, soyuldu

Tanışına qapı açdı, soyuldu
  04 May 2013    Oxunub:1689
Bakının Xətai rayonunda qeyri-adi oğurluq hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 23-də M.Hadi küçəsində yaşayan Zülfiyyə Ağayeva 36-cı PB-yə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 19-da və 22-də Röyal adlı tanışı onu evində döyüb bıçaqla hədələyərək qızıl-zinət əşyaları və 2800 manatını alıb.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Saatlı rayon sakini Röyal Məmmədov mayın 3-də yaxalanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti