Ramil Əhmədov portretləri - QALEREYA

  27 Aprel 2013    Oxunub : 5860
Ramil Əhmədov portretləri - QALEREYA
AzVision.az yeni layihə təqdim edir: Qalereya. Bu rubrikada biz sizi müasirlərimiz olan Azərbaycan rəssamlarının əsərlərilə tanış edəcəyik. Dördüncü qonağımız gənc və istedadlı rəssam Ramil Əhmədovdur.
Əhmədov Ramil Ramiz oğlu 1981-ci ilin fevral ayının 6-da Naxçıvan Muxtar Respublikanın Şərur şəhərində anadan olub. Orta təhsillidir.

Uşaqlığından ən böyük marağı rəsm çəkmək olan Ramil üçün sonralar bu maraq bir əyləncəyə çevrilib. Əvvəllər kağız üzərində şəkillər çəksə də, sonralar yağlı boyaya da müraciət edib. Rəssamlıq yolunda addımlayarkən televiziyada göstərilən rəssamlıq proqramlarından və bu incəsənət növü ilə bağlı kitablardan yararlanıb. Mənzərə, portret, natürmort və tematik-çoxfiqurlu janrlarda şəkillər çəkməyi sevir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Ramil hazırda 300-dən çox əsərin də müəllifidir.

Foto


Teqlər: