Avropa Şurasının prezidenti ingiliscə bilmir

Avropa Şurasının prezidenti ingiliscə bilmir
  31 Avqust 2014    Oxunub:1875
Avropa Birliyinin xarici işlər nazirləri Polşalı baş nazir Donald Task Avropa Şurasının növbəti prezidenti seçib. Artıq Brüsseldə mətbuat konfransı vermiş nazir, yeni vəzifəni Herman Van Rompeydən təhvil alacaq.

Avropa Birliyinin xarici siyasət üzrə Ali Kommisarını isə bundan sonra İtaliyanın xarici işlər naziri Federika Moqerini əvəzləyəcək. Maraqlıdır ki, beynəlxalq dillərdən nə ingilis nə də fransız dilində danışa bilən Task, dekabrda vəzifə başına gələnə kim, dil bilgilərini artırmağa söz verib. Həm Task həm də Moqerini Avropa Komissiyasının yeni prezidenti Jan Klod Yunkerlə yaxından əməkdaşlıq edəcək.

Vəzifədən getməyə hazırlaşan Avropa Şurasının hazırkı prezidenti Herman Van Rompey artıq yeni Avropa Bİrliyi liderlərini salamlayaraq, onları idarəçilikdə çətin yol gözləyəcəyini xatırladıb.

“Qarşıda gələn illərdə, növbəti 3 ildə Avropa Birliiyinin üzləşəcəyi problemlərlərlə mübarizəyə əlimizdə olan bütün imkanları səfərbər etməli olacağıq. Durğun iqtisadiyyat, Ukrayna və Rusiya münaqişəsi Soyuq Müharibədən sonra qitə üçün ən böyük təhlükədir. Həmçinin Britaniyanın avropa Birliyində qalıb-qalmaması məsələsi də aktualdır.”

Qeyd edək ki, şənbə günü Avropa Birliyi liderləri Rusiyaya qarşı yeni sanksiyalar hazırlamaq üçün Brüsseldə toplanıb.



Teqlər:





Xəbər lenti