Pul üçün qadınlardan istifadə edirmiş

Pul üçün qadınlardan istifadə edirmiş
  24 Aprel 2013    Oxunub:1483
Faktla bağlı araşdırma aparılır
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Balakən rayon sakinləri Mətanət Qaracayevanın və Yasəmən Rəşidovanın Bakı şəhəri Azadlıq prospektindəki mənzillərin birində əxlaqsızlıq yuvası saxlamaları və gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri müəyyən edilib.

AzVision.az Daxili işlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Məryəm Qasımovanın mənzilində, "Gülüstan" kafesinin sahibi Ceyran Novruzovanın həmin kafedə əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.





Teqlər:  





Xəbər lenti