Buraxılış imtahanlarının vaxtı açıqlandı

Buraxılış imtahanlarının vaxtı açıqlandı
  24 Aprel 2013    Oxunub:1373
Buraxılış imtahanları iyunun ilk iki həftəsi ərzində keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu ilki buraxılış imtahanları rayon mərkəzləri ilə yanaşı, şagirdləri çox olan böyük kəndlərdə də keçiriləcək.

Və imtahanların keçirlməsi ötən ilki model əsasında nəzərdə tutulub.

MTQDK sədrinin sözlərinə görə, buraxılış imtahanlarının dəqiq tarixlərinin gələn həftə ərzində elan edilməsi nəzərdə tutulur.

"Biz çalışacağıq ki, iki həftə ərzində buraxılış imtahanlarının keçirilməsini yekunlaşdıraq. Ancaq imtahanların Bakıda və rayonlarda nə zaman keçiriləcəyi ilə bağlı cədvəli təsdiqləyən kimi bunu elan edəcəyik", - Abbaszadə bildirib.


Teqlər:  





Xəbər lenti