Restart: Gənclərin asudə vaxtları - FOTOLAR

Restart: Gənclərin asudə vaxtları - FOTOLAR
  11 Avqust 2014    Oxunub:2188
"Uğurlu Gələcək Naminə" Gənclər İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "RESTART" Sağlam Gənclər Düşərgəsini təşkil edib.

Düşərgə 26 iyul 2014-cü ildən 01 avqust 2014-cü il tarixinədək Xaçmaz rayonun Nabran qəsəbəsində yerləşən “MƏKAN” İstirahət Mərkəzində təşkil olunub.

Düşərgə çərçivəsində gənclər asudə vaxtlarını faydalı keçiriblər. Onlar təhlükəsizlik qaydalarını qorumaq şərti ilə dənizdə çimiblər, futbol, voleybol oynayıblar. Boş vaxtlarında gəzintiyə çıxaraq təbiətin qoynunda istirahət ediblər.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti