Bədbəxtlik üzərində xoşbəxtlik olarmı? - VİDEO

Bədbəxtlik üzərində xoşbəxtlik olarmı? - VİDEO
  11 Avqust 2014    Oxunub:21816
Azərbaycanlı gənclər ermənilərin hazırladığı “Happy armenia” sosial çarxına cavab veriblər.

Moşu Vəkilov adlı gəncin hazırladığı “Understanding of Happiness” adlı videosujetdə işğalçı ermənilərin xoşbəxtliyi və 20 ildən çoxdur vətən həsrəti ilə yaşayan qaçqın və məcburi köçkünlərin acı həyatı əks olunur.

Süjetdən də göründüyü kimi, soydaşlarımız erməni işğalı nəticəsində təkcə yaxınlarını, doğmalarını deyil, onların timsalında xoşbəxtliklərini də Qarabağda itiriblər. Onlar xoşbəxt deyillər, çünki doğma torpaqları işğal altındadır.

“Vətənsiz xoşbəxtlik ola bilməz. Qarabağsız özümüzü xoşbəxt hiss eləmirik. Torpaqlarımıza getsək elə bilərik dünyada bizdən xoşbəxt insanlar yoxdur. Düz 23 ildir xoşbəxtliyin nə olduğunu bilmirik”

Azərbaycan dövləti hər zaman doğma torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkünlərimizin yanındadır. Baxmayaraq ki, dövlətimiz onlara maddi-mənəvi dəstək göstərir, sosial problemlərinin həllində yaxından iştirak edir, yeni mənzillərlə təmin edir, yenə də köçkünlərimiz daxilən xoşbəxt deyillər. Onların xoşbəxtliyi vətən, Qarabağ üzərində köklənib.

Xoşbəxt olmaq hər bir insanın haqqıdır. Azərbaycanın qaçqın və məcburi köçkünlərinin də..

Ermənilər xoşbəxt olduqlarını göstərirlər. Bir milyondan çox insanın göz yaşları, bədbəxtliyi üzərində necə xoşbəxtlik qurmaq olar?

Qeyd edək ki, bu sujet hazırlanarkən Azərbaycan Ordusunun 8 hərbçisi ermənilərin hücumu nəticəsində şəhid olmuşdular.




Teqlər:  





Xəbər lenti