“Kukla” art qalereyası Bakıda

“Kukla” art qalereyası Bakıda
  22 Aprel 2013    Oxunub:1489
Sabah saat 18:30-da Bakıda, Yusif Məmmədəliyev küçəsi 14 ünvanında ("Malakan" bağının yanı) Azərbaycanda və Cənubi Qafqazda ilk "Kukla" art qalereyasının açılış mərasimi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, "Kukla" art qalereyasının əsas vəzifəsi Azərbaycan və xarici ölkə tamaşaçılarını kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etməkdir.

Bu sahədə kompleks tədbirlərə beynəlxalq və fərdi sərgilərin təşkili, ən yaxşı Avropa və yerli sənət ustalarının ekspozisiya mübadiləsi, profilli müəllif layihələrinin işlənilməsi, müsabiqə və ustad dərslərinin keçirilməsi daxildir.

Bununla belə, kukla sənəti sahəsində yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması ilə beynəlxalq konfransların keçirilməsi də böyük əhəmiyyət daşıyır. Azərbaycanda sözügedən sənət növünə həsr olunmuş ilk profilli "Kukla" jurnalının dərc edilməsi də qoyulan məqsədə xidmət edəcək.



Teqlər:  





Xəbər lenti