İTV-nin yeni sədri yığışıb getdi

İTV-nin yeni sədri yığışıb getdi
  20 Aprel 2013    Oxunub:1938
İctimai Televiziyanın yeni sədri Cəmil Quliyev AzTV ilə sağollaşıb
İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov yenidən sədr seçilmək üçün namizədliyini vermədi. Mətbuatda isə bildirildi ki, bu vəzifəyə hazırda “Mədəniyyət” telekanalının rəhbəri olan Cəmil Quliyev gələcək.

AzVision.az Cəmil Quliyevlə əlaqə saxlamağa nə qədər cəhd etsə də, telefonuna zəng çatmırdı.

AzTV-dən verilən məlumata görə, Cəmil Quliyev bu gün səhər saatlarından işə gəlib və əşyalarını yığaraq sağollaşaraq gedib.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası İctimai Televiziyaya sədr seçilmək üçün müsabiqə elan etmişdi. Müsabiqəyə sənəd qəbulu isə dünən axşam saatlarından bitib.

Xatırladaq ki, İctimai Televiziyaya yarandığı vaxtdan etibarən İsmayıl Ömərov televiziyaya rəhbərlik edib.

AzVision.az



Teqlər:  





Xəbər lenti