Obama iftar verdi – FOTOLAR

Obama iftar verdi – FOTOLAR
  15 İyul 2014    Oxunub:1299
ABŞ prezidenti Barak Obama Ağ Evdə Müsəlman icmalarının nümayəndələri, müsəlman ölkələrinin diplomatik nümayəndəlikləri , digər dini inanc liderlərinin üçün ənənəvi iftar süfrəsi təşkil edib.
Bu barədə AzVision.az Ağ Evin rəsmi saytına istinadən xəbər verir.

Mərasim zamanı çıxış edən ABŞ prezidenti Barak Obama Qəzza zolağı və İsraildə baş verənlər barədə danışıb: “Qəzza və İsraildə ürək parçalayan hadisələr baş verir. Amerikalıları orada baş verənlərə görə dərin təəssüf hissi keçirir. ABŞ-da Yaxın Şərqdə baş verənlərlə bağlı ciddi fikir ayrılıqları var ki, bu da ABŞ demokratiyasının bir parçasıdır. Bu bizi daha da güclü edir”.

ABŞ prezidenti Barak Obama o cümlədən, Misir hakimiyyətinin İsraiul və Fələstin arasında atəşkəsin təmin olunması üçün göstərdiyi fəaliyyəti dəstəklədiyini bildirib.

Eldar Tanrıverdiyev

Qalereya




Teqlər:  





Xəbər lenti